Günün kuponu – 19.10.2025

Günün kuponu – 19.10.2025

Milan – Fiorentina 1

Milan üçün mövsümün ən önəmli oyunlarından biri desək, yanılmarıq. Çempionluğu hədəfləyən rossonerilər üçün Fiorentina ilə oyunda xal itkisi bağışlanmaz olacaq. Düşünürəm ki, Milan bu oyunda qələbəni əldən verməz.

Liverpul – Mançester Y. 1

Son çempion ötən turda Çelsiyə uduzdu. Ardıcıl 2 oyunda xal itkisi inandırıcı görünmür. Üstəlik, Mançester Yunayted də heç də yaxşı günlərini yaşamır. Məncə, Liverpul asan qələbə qazanacaq.

Levante – Rayo Valyekano QOL/QOL

Bu görüşdə favorit yoxdur. Əmsallar da bunu deyir. Amma hər iki komandanın bu mövsümdə göstərdiyi perfomansa nəzər yetirsək, hər iki komandanın qol vuracağını ehtimal edə bilərik. Buna görə də qol/qol seçimi daha məntiqli görünür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Tonali “Nyukasl”da qalacaq

Növbəti yazı

Sürpriz kupon – 19.10.2025