Günün kuponu – 19.09.2025
Zirə – Şamaxı 1
Azərbaycan çempionatında 5-ci tura start verilir. Ötən mövsüm avrokuboklara vəsiqə qazanan Rəşad Sadıqovun komandası doğma meydanda Şamaxı təmsilçisini qəbul edəcək. Son 4 oyunun hamısında “Zirə” rəqib üzərində qələbə qazanıb. Qonaqların gənc heyəti ideal formadan uzaq olduğuna görə birincilərin uğur qazanacağına inanıram.
Real Betis – Real Sosyedad 1
Mövsümə uğursuz başlayan “Real Sosyedad” La Liqanı tərk edə bilər. İlk 4 oyunda qazanılan 2 xal uğursuz mövsüm olacağından xəbər verir. Son üç turda qələbəyə həsrət qalan meydan sahiblərinin “qara zolaq”dan çıxacağını düşünürəm. Bəlkə hətta “Betis” cütün taleyini ilk 45 dəqiqədə həll etməyi bacardı.
Göztəpə – Beşiktaş QOL/QOL
Məğlubiyyətsiz irəliləyən “Beşiktaş” müdafiədəki səhvləri həll etməyi bacarmayıb. Meydan sahibləri qonaqlar üçün uğursuz rəqib hesab edilir. Statistikaya əsasən “Beşiktaş” son 3 ildə “Göztəpə”ni məğlub edə bilmir. Fikrimcə uğursuz seriya qırılmayacaq. Ona görə qol/qol seçimini etməyi təklif edirəm.












