Günün kuponu – 19.09.2022

Günün kuponu – 19.09.2022

“Amerika Mineyro” – “Korintians” QOL/QOL
Braziliya A seriyasının 27-ci turu. Meydan sahibləri 36 xalla 8-ci yerdədir. “Amerika Mineyro”nu Libertadores Kubokuna vəsiqə verən pillədən 7 xal ayırır. Son 9 matçda uduzmayan “Amerika Mineyro” indi “Korintians”ı qəbul edir. Səfər komandası hesab edilməyən qonaqlar liderdən 2 xal geri qalır.

“Palmeyras” – “Santos” 1
Braziliya çempionatının lideri “Palmeyras” nisbətən ortalarda qərarlaşan “Santos”u qəbul edir. Meydan sahibləri ən yaxın izləyicini 8 xal qabaqlayır. Bu “Palmeyras”a rahat oynamağa imkan verir. Ardıcıl 11 matçda uduzmayan meydan sahibləri duelin favoriti sayılır. Son oyunlarda zəif təsir bağışlayan “Santos”un lideri büdrədəcəyi inandırıcı deyil.

“Di Si Yunayted” – “İnter Mayami” 2
ABŞ Milli Futbol Liqasında “İnter Mayami” autsayderin qonağı olacaq. Pley-offa düşmək üçün qonaqlar xal ehtiyatını artırmalıdı. “İnter” hazırda lazımi möv qedən 2 xal geri qalır. Qonaqların matçda favorit statusunu doğruldacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Kavanidən rekord

Növbəti yazı

Sürpriz kupon – 19.09.2022