Günün kuponu – 19.07.2024

Günün kuponu – 19.07.2024

Riqa – Yelqava

1-ci hissə/Oyun nəticəsi: Riqa

Çempionluğa iddia edən “Riqa” yüksək liqada yerini qorumağa çalışan “Yelqava”nı qəbul edəcək. “Riqa” oyunun aşkar favoritidi və qələbəsi heç bir şübhə doğurmur. Zənnimcə, riqalılar elə ilk hissədə qarşılaşmanın taleyini həll etməyi bacaracaq.

Olimpiya Lyublyana – ND Primorye

Olimpiya Lyublyana və ÜST 1.5

“Prva Liga”ya yüksəlmiş ND Primorye Sloveniya çempionatının ilk turundaca “Olimpiya Lyublyana” kimi ad-sanlı rəqiblə qarşılaşacaq. Qonaqların bu mücadilədən qazancı ən yaxşı halda azarkeş rəğbəti ola bilər. Bunun üçün ND Primorye əzmkar mübarizə aparmalı, meydan sahiblərinə ciddi müqavimət göstərməlidi. Qələbə və 3 xalı isə “Olimpiya Lyublyana” çətin əldən verə.

Sparta Praqa – Pardubitse

Fora: Sparta Praqa (-1)

Paytaxt təmsilçisi yeni çempionata 3 xal ilə başlamaq istəyir. “Sparta Praqa” azarkeşləri önündə inamlı qələbə qazanmaq əzmindədi. “Pardubitse” belə demək mümkünsə, başqa kateqoriyaya aid komandadı və ad-sanlı rəqibdən səfərdə xal alacağı o qədər də inandırıcı görünmür.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Qarabağ”ın iştirak ərizəsi açıqlandı

Növbəti yazı

Sürpriz kupon – 19.07.2024