Günün kuponu – 19.02.2023
“Atalanta” – “Leççe” – 1
Liderlər qrupunda yer alan “Atalanta” təhlükəli zonada yerləşən “Leççe”ni qəbul edir. Ev sahibi son 5 oyununun 3-də qələbə 1-ni heç-heçə və 1-də məğlub olub. Çox yaxşı formadadırlar. Qonaq komanda “Leççe” son 5 oyunda 1 qələbə 2 heç-heçə 2 məğlubiyyəti var. “Atalanta” 41 xalla 3-cü pillədədir. “Leççe” 24 xalla 15-ci yerdədir. Favorit qələbə şansını azarkeşləri önündə çətin ki qaçırtsın.
“Borussiya”D – “Herta”B – 1
Alman çempionatında fərqli məqsədlər üçün mübarizə aparan iki komanda qarşılaşır. Liderdən 3 xal geri qalan ev sahibi çox yaxşı oyunlar sərgiləyir. Çempionlar liqasının pley-offunda “Çelsi” üzərində qələbə qazanmağı bacardı. “Herta” təhlükəli zonada uzaqlaşmaq üçün mübarizə aparır. Bu oyunda çətin ki nəyəsə ümid edə bilər. Nəyin bahasına olur olsun “Borussiya” növbəti qələbəsini bayram edəcək.
“Lans” – “Nant” – 1
Bu qarşılaşmaya proqnoz tərtib edəndə hansı faktlara fikir vermək lazımdır. Turnir cədvəlinin fərqli pillələrində yer alırlar. “Lans” çempionlar liqasının zonasından aralanmaq istəmir. 46 xalla 4 yerdə qərarlaşıb. 2 yerdən 3 xal geri qalır. “Nant” bu oyundan əvvəl çox ağır Avro-liqa oyunu keçirib. Bərpa olmaqları üçün çox az vaxtları olub. Bu ilki çempionatda yəqin ki ortabab komandalardan biri kimi qalacaq. “Lans” doğma azarkeşləri önündə lazım olan qələbəni qaçırtmayacaq.