Günün kuponu – 19.01.2025
Adana Dəmirspor – Fənərbağça 1-ci hissə – Fənərbağça
Lider “Qalatasaray”la xal fərqini azaltmağa çalışan “Fənərbağça” qələbə qazanmağa məhkumdur. Maliyyə problemləri ilə üzləşən “Adana Dəmirspor”un hazırki vəziyyəti isə acınacaqlıdır. Komanda sürətlə aşağı liqaya doğru gedir. Məncə, Joze Mourinyonun komandası artıq ilk hissədə qələbənin əsasını qoyacaq.
Real Madrid – Las Palmas 1-ci hissə – Real Madrid
Superkubokun finalında əzəli və əbədi rəqibi “Barselona”dan ağır məğlubiyyət (2:5) alan “Kral Klubu” La Liqada bunun əvəzini qarşısına gələn ilk rəqibdən çıxmağa çalışacaq. Bu isə “Las Palmas”dır. Məncə, madridlilər artıq 1-ci hissədə favorit statusunu doğruldacaq.
İpsviç Taun – Mançester Siti 2
“Mançester Siti” bu mövsüm hələki özünə gələ bilmir. Ötən tur son dəqiqədə buraxılan qolla qələbəni əldən verən Qvardiolanın komandası autsayderə qalib gəlməlidir. Yoxsa, bu gedişlə çempionluq bir kənara Çempionlar Liqasına birbaşa vəsiqə verən ilk “dördlük”dən də kənarda qalacaqlar.