Günün kuponu – 18.12.2025

Günün kuponu – 18.12.2025

Sabah – Qarabağ 2

Çempionlar Liqasında “Ayaks”a uduzmaqla pley-off şanslarını möcüzələrə buraxan “Qarabağ” bu məğlubiyyətdən sonra “Araz Naxçıvan” ı darmadağın etməklə psixoloji cəhətdən hər şeyin qaydasında olduğunu göstərdi. Qurban Qurbanov həmin qarşılaşmada ehtiyat oyunçulara daha çox şans verdi və əsas heyəti çempionluq yolunda əsas rəqibi “Sabah”la matça qorudu. Valdas Dambrauskasın gəlişindən sonra irəliləyişə nail olan “bayquşlar” Masazırdakı “6 xallıq oyun”a da qələbə üçün çıxacaq. Amma “Qarabağ” daha təcrübəlidi. ÇL-dən sonra daxili yarışlarda oynamaq üçün futbolçular özünü tam motivasiya edə bilməsə də, bu dəfə fərqli olacağını ehtimal edirəm.

Qalatasaray – İstanbul Başakşehir ÜST2.5

Türkiyə kubokunun formatı elədir ki, daha güclü komandalar rahatlıqla nəticəni unudub futboldan zövq ala bilər. “Qalatasaray” bundan sonra A qrupunda ardıcıllıqla “Fethiyespor”, “İstanbulspor” və “Alanyaspor”un rəqibi olacaq. “İstanbul Başakşehir”in də yetərincə yaxşı hücum potensialı var. Zənnimcə, RAMS Park-a toplaşan azarkeşlər bolqollu oyun izləyə bilər.

Maynts” – “Samsunspor” QOL/QOL

Matçın favoriti bundesliqada son turda “Bavariya” ilə səfərdə heç-heçə edən meydan sahibləridi. “Samsunspor” son 3 oyunu uduzur. Amma qaradənizlilərin potensialı bu vacib qarşılaşmada rəqibi ilə sonacan döyüşməyə imkan verir. Komandaların hərəyə ən azı 1 qol vuracağını proqnozlaşdırıram.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Lisenziya almış futbol klublarının sayı müəyyənləşdi

Növbəti yazı

Sürpriz kupon – 18.12.2025