Günün kuponu – 18.11.2025

Günün kuponu – 18.11.2025

Uels – Şimali Makedoniya – 2-ci hissə cüt şans 12

Qalib tərəf dünya çempionatına yollanmaq şansını saxlayacaq, martda keçiriləcək pley-off oyunlarında iştirak edəcək. Uelsi yalnız qələbə qane edir, makedoniyalılara isə 1 xal da sərf edir. Son saniyəyə qədər güzəştsiz mübarizə gedəcəyini gözləyirəm. Məncə, 2-ci hissədə tərəflərdən biri hesabda üstünlük qazanacaq.

Belçika – Lixtenşteyn – YOX/QOL

Ötən tur Qazaxıstanla sürpriz heç-heçəyə imza atan Belçika milisi növbəti sensasiya imkan verməz. Qalib gələrək mundiala vəsiqəni təmin etməyə çalışacaqlar. Məncə, bunu qapılarından qol buraxmadan bacaracaqlar.

Rumıniya – San-Marino – 4,5 ÜST

Son oyunda Bosniya və Herseqovinaya 1:3 uduzan rumınlar qarşıdakı mundialdan kənarda qaldı. Həm bunun “heyfini çıxmaq”, həm də 80 yaşlı baş məşqçi Mirça Luceskunu təqaüdə adına layiq yola salmaq üçün San-Marino tam uyğun reqibdir. Rəqib qapısını “top atəşinə” tutmaq olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Rüfət Abbasov U-21 millisində

Növbəti yazı

Sürpriz kupon – 18.11.2025