Günün kuponu – 18.11.2024

Günün kuponu – 18.11.2024

Serbiya – Danimarka – cüt şans x2

Millətlər Liqasının A divizionunda pley-offa yüksəlmək üçün Danimarkaya bu matçda 1 xal da kifayət edir. Serbiyaya qarşı oynadığı 5 matçın heç birində uduzmayan danimarkalıların bu görüşdə də azı heç-heçə oynayacağını gözləyirəm.

Rumıniya – Kipr – 1

Rumıniya millisində yeni istedadlı nəsil yetişib. AVRO-2024də də bunu gördük. UEFA Millətlər Liqasında 4 oyunun hamısında qalib gələn rumınlar Kipr yığmasını da məğlub etsələr, qrup lideri kimi B Liqasına vəsiqəni təmin edəcəklər. Məncə, belə də olacaq.

Lixtenşteyn – San Marino – 2,5 ALT

UEFA Millətlər Liqasının ən zəiflərinin duelində çox qol gözləmirəm. Bu komandaların əvvəlki oyunlarının da taleyini 1, maksimum 2 qol həll edib.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Vitsel “Atletiko”dan ayrılır

Növbəti yazı

Sürpriz kupon – 18.11.2024