Günün kuponu – 18.11.2022

Günün kuponu – 18.11.2022

Belçika – Misir – 1

Belçika millisi mundial ərəfəsində son yoxlama matçını Küveytdə Misir millisinə qarşı keçirəcək. Heyəti yüksək səviyyəli oyunçulardan qurulan “qırmızı iblislər” matçın aşkar favoritidir. Yoldaşlıq oyunu olsa belə, Belçika yığması dünya çempionatına yaxşı əhval ruhiyyədə başlamaq üçün qələbəyə oynayacaq. 

“Leçiya” – “Qurnik Zabrze” – QOL/QOL

Polşa çempionatında yanvarın 27-dək, 2 aydan çox müddətə fasilə verilib. Bu oyun 2-ci turdan təxirə salınmış matçdır. 2022-ci ilin son matçının qarşılıqlı qollarla keçəcəyini düşünmək üçün yetərincə əsas var. İlk növbədə hər iki komandanın bərbad müdafiə xətti. 16 turda “Leçiya” qapısından 29,  “Qurnik” isə 26 top buraxıb. Komandaların öz aralarındakı oyunların da əksəri qarşılıqlı qollarla keçib. Bir sözlə, qol /qol variantına güvənirəm. 

 Bellinzona” – “Tun” – QOL/QOL

“Bellinzona” 16 turda qapısında 30 qol görüb. 23 dəfə isə rəqib qapılarına yol tapıb. “Tun” da bu baxımdan ondan geri qalmır. Top balansı 24:28. Belə “vurub-buraxan” komandaların duelində qarşılıqlı qollar ən optimal mərc variantıdır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Neymar: “Dünya çempionu olmaq mənim ən böyük xəyalımdır”

Növbəti yazı

Sürpriz kupon – 18.11.2022