Günün kuponu – 18.10.2025

Günün kuponu – 18.10.2025

Barselona – Jirona – 1-ci hissə/oyunun nəticəsi – 1/1

Ötən tur Sevilyaya (1:4),ondan əvvəl Çempionlar Liqasında PSJ-yə (1:2) uduzan Barselonadan qələbə gözləniləndir. Nəzərə alaq ki, növbəti oyun əzəli və əbədi rəqib “Real”la olacaq, aradakı xal fərqini ən azı olduğu kimi saxlamaq üçün Jirona məğlub edilməlidir. Məncə, Barselona artıq ilk hissədə qələbənin əsasını qoyacaq.

Bavariya – Borrusiya Dortmund – QOL/QOL

Bundesliqada mövsümün ən vacib oyunlarından biri. 2-ci sıradakı Dortmund klubu lider Bavariya ilə 4 xallıq fərqi azaltmaga çalışacaq. Hər iki komandanın hücum potensialını, tərəflərin öz aralarındakı son 12 görüşdən 10-da qarşılıqlı qollar vurulduğunu nəzərə alaraq qol-qol variantına üstünlük verirəm.

Köln – Auqsburq – QOL/QOL

Hər iki komanda 6 turda 11 dəfə fərqlənməklə bundesliqada bu mövsüm ən çox qol “beşlik”dədir. Üstəlik, öz aralarındakı son 5 dueldə də qarşılıqlı qollar qeydə alınıb. Bu dəfəki görüşdə də hər iki tərəfin fərqlənəcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Şlotterbek “Liverpul” yolunda

Növbəti yazı

Sürpriz kupon – 18.10.2025