Günün kuponu – 18.10.2023

Günün kuponu – 18.10.2023

“Zrinjski Mostar” – “Velez Mostar” – 1

Mostar şəhərinin 2 komandasının qarşılamasında daha nüfuzli “Zrinjski Mostar” favorit sayılır. Aralarındakı son 9 görüşdə olduğu kimi bu derbidə də “Zrjinski”nin qalib gələcəyini düşünürəm.

“Liverpul Montevideo” – “Defensor Sportinq”- cüt çans x2

5 turdan 10 xal yığan “Liverpul Montevideo” 2-ci, ondan 2 xal az toplayan “Defensor Sportinq” isə 5-ci sırada qərarlaşıb. Uruqvay çempionatında cəmi 5 tur oynanıldığından komandaların real gücünü müəyyənləşdirmək çətindir. İntiusiyam “Liverpul Montevideo”nun ardıcıl 3-cü qələbəni qazanmayacağını deyir. Ona görə qonaq komandanın cüt şansına mərc edirəm.

“Qindao Vest Coast” – “Suzhou Donqvu” – 1

Çinin 1-ci liqasında oynayan bu komandaların adları çoxumuza tanış deyil. Sadəcə, turnir cədvəlinə əsasən fikir yürütmək olar. Çempionatın bitməsinə 4 tur qalmış “Qindao Vest Coast” Superliqaya vəsiqə verən 2-ci sırada qərarlaşıb. Amma izləyiciləri xal fərqi elə də çox deyil – 3 xal. Ona görə meydan sahibi üçün qələbə çox vacibdir. Nəzərə alsaq ki, “Qindao Vest Coast” son 2 turda cımi 1 xal qazanıb və qarşıdakı rəqibinin bu mövsüm üçün heç bir iddiası qalmayıb, o halda oyun 2 variantı real görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Maquayr “Milan”ın hədəfində

Növbəti yazı

Sürpriz kupon – 18.10.2023