Günün kuponu – 18.09.2025

Günün kuponu – 18.09.2025

Kopenhagen – Bayer Leverkuzen 2

Oktyabrın 1-i Bakıda “Qarabağ”la qarşılaşacaq “Kopenhagen”in oyununda eniş var. Komanda son matçda “Brondbü”yə məğlub olub. Qonaqların da durumu o qədər də ürəkaçan deyil. Amma son oyunda yeni baş məşqçi danimarkalı Kasper Yulmanla “Ayntraxt Frankfurt”u məğlub etməyi bacardılar. Özü də azlıqda qala-qala. Bu fakt sözsüz ki, leverkuzenlilərin psixoloji durumuna da müsbət təsir edib. Əliyar Ağayevin baş hakim olacağı matçda qonaqların qələbəsinə mərc edirəm.

Klub Brügge – Monako QOL/QOL

Komandalar etibarlı müdafiələri ilə seçilmir. Hücum xəttində isə daha inamlı təsir bağışlayırlar. Hər iki komanda keçirdikləri son 5 matçdan cəmi birində qol vura bilməyib. Zənnimcə, bu qarşılaşmadan qarşılıqlı qollar gözləməyə dəyər.

Ayntraxt Frankfurt – Qalatasaray QOL/QOL

Bukmekerlər bu matçda meydan sahiblərini favorit görür. Amma “Qalatasaray”ı hesabdan silməyin erkən olduğu qənaətindəyəm. Hər iki komanda məhsuldar futbol sərgiləyir. Fikrimcə, qarşılıqlı qollara mərc etsək yanılmaq ehtimalımız az olar.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Real”dan tarixi nəticə

Növbəti yazı

Sürpriz kupon – 18.09.2025