Günün kuponu – 18.09.2023
“Nottinqem Forest” – “Börnli” QOL/QOL
4 turdan 6 xal toplayan “Nottinqem Forest” bu matçlarda 6 qol vurub. Qonaqlar isə bütün görüşlərdə uduzmaqla autsayder mövqeyi ilə barışıb. 2012-ci ildən etibarən meydan sahibləri “Börnli”yə qarşı qələbə qazana bilmir. Ən yaxşı halda heç-heçəyə sevinib. Ötən tur “Çelsi”yə qalib gələn “Nottinqem” həm də avqustda kubokdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
“Qranada” – “Jirona” ÜST2.5
Qonaqlar yeni mövsümə yaxşı başlayıb. 3 qələbə və 1 heç-heçə ilə 10 xal toplayan “Jirona” əvvəlki turda “Sevilya”nı üstələyib. “Qranada”nın aktivində 3 xal var. İlk 4 turda qapısında 12 qol izləyib. Fikrimcə bu matçda məhsuldar nəticə qeydə alınacaq.
“Salernitana”-“Torino” ALT2.5
A seriyasında hər iki tərəf uğursuz start götürüb. Maraqlıdır ki, ötən mövsüm komandaların A seriyasında hər iki oyunu bərabərliklə yekunlaşıb. Həm “Salernitana”, həm də “Torino”nun hücumla bağlı problemləri var.