Günün kuponu – 18.07.2024
KF Llapi – Visla Krakov QOL/QOL
İlk oyunda Visla qələbə qazansa da Llapinin qol vurmaq fürsətləri çox idi. Hazırda aşağı liqada çıxış etməsinə baxmayaraq Visla bu cütün favrotidir. Zənnimcə polşalılar cavab oyununda da məğlub olmayacaq. Məncə Kosovo təmsilçisi də meydanı qol vurmadan tərk etməyəcək. Bu görüş üçün qol/qol uyğun seçim olar.
Marsaxlokk FC – FK Partizani Tirana 2
Partizani bu cütün favoritidir. Albaniya təmsilçisi “evdə” qələbə qazana bilmədi. Baxmayaraq ki, bunun üçün şanslar böyük idi. Statistika da bunu deyir. Düşünürəm ki, zəif Malta təmsilçisi ilə cavab görüşündə albanların işi daha asan olacaq. Partizaninin qələbə qazanaraq, mərhələ adlayacağı qənaətindəyəm.
Sarayevo – Aktobe 2,5 ÜST
İlk görüşdə məğlub olan Aktobe risk almağa məcburdur. Qazaxıstan təmsilçisinin açıq futbol “təklif edəcəyi” qənaətindəyəm. Məncə bu komandaların cavab oyununda bizi bol qollu qarşılaşma gözləyir.