Günün kuponu – 18.05.2025
Qarabağ – Kəpəz ÜST 2.5
Bu qarşılaşmadan sonra “Qarabağ”a çempionluq kuboku təqdim olunacaq. Turnir cədvəli baxımından ciddi əhəmiyyət kəsb etməyən görüşdə komandalar rahatdı. Buna görə də baxımlı və bolqollu bir oyun gözləyirəm.
Qalatasaray – Kayserispor ALT 4.5
“Qalatasaray” 1 xal qazansa, çempionluğu rəsmiləşdirəcək. Amma “Kayserispor” da yaxşı formadadı. Komanda 7 oyundur uduzmur. “Qalatasaray”ı 1 xal da qane etdiyindən ehtiyatlı oynayacaq. Qol yağışı olacağını düşünmürəm.
Fənərbağça – Eyupspor 1
“Fənərbağça” nəzəri cəhətdən də olsa çempionluq şanslarını qorumaq üçün qələbə qazanmalıdı.
“Fənər” böyük ehtimalla bunu bacaracaq. Amma bu qələbə azarkeşlər üçün kiçik təsəlli də verməyəcək. Çünki, “Qalatasaray”ın bu tur çempionluğu rəsmiləşdirməməsi əsl möcüzə olar.