Günün kuponu – 18.05.2022
“Vissel Kobe” – “Kavasaki” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1441]
Heyətində məşhur Andres İnyestanın da oynadığı “Vissel Kobe” mövsümə olduqca uğursuz başlayıb. 12 turdan cəmi 7 xal yığan İnyestanın kapitanı olduğu komanda ilk qələbəsini ötən oyunda qazanıb. 4:0 bitən həmin matçda qollardan birini də elə 38 yaşlı məşhur ispan vurub. “Kavasaki” isə çempionluq uğrunda mübarizə aparır və hazırda 2-ci pillədədir. Bu komandalar arasında son 10 duelin yalnız birində 2 qol qeydə alınıb. Qalan 9 matçın hamısında qapılara 3 və ya daha çox top vurulub. Fikrimcə, “məhsuldar oyun” ənənəsi tərəflərin bu dəfəki duelində də davam edəcək.
“Ayntraxt” – “Reyncers” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1442]
Avropa Liqasının həlledici oyunu. “Reyncers” Şotlandiya premyer liqasında çempionluğ yarışında əzəli rəqibi “Seltik”ə uduzdu. Avroliqanı qazanmaq qlazqolu fanatlar üçün əsl hədiyyə olar. Amma qarşıda təhlükəli rəqib – “Ayntraxt” var. Qol vurmaq qədər, top buraxmağı da “bacaran” komanda. Elə bu amilə əsaslanıb finalda qarşılıqlı qollar vurulacağını təxmin edirəm.
“Qamba Osaka” – “Kaşima Antlers” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1443]
Yaponiya “İmperator Kuboku”nda qrup mərhələsinin son turu.”Kaşima” artıq növbəti mərhələyə vəsiqəni təmin edib. “Qamba Osaka” üçün isə şanslar bitib. Hər iki komanda rahat oynayacaq. Məhsuldar bir qarşılaşma gözləyirəm.