Günün kuponu – 18.04.2023
“Çelsi” – “Real” – 2
“Real” ilk oyunda “Çelsi” üzərində 2:0 hesabı ilə qələbə qazandığından səfərə rahat yollanır.
London klubu Frenk Lempardın gəlişindən sonra 3 oyundur qalib gələ bilmir. “Zadəganlar” İngiltərə Premyer Liqasının son turunda öz meydanlarında “Brayton”a uduzdular – 1:2.
“Çelsi”də Ben Çiluell cəzalıdır, Kulibali isə zədədən əziyyət çəkir.
“Real” matça arxayın çıxmasa, səfərdən qələbə ilə dönə bilər.
“Napoli” – “Milan” – QOL/QOL
“Milan” ilk oyunda minimal hesabla qələbə qazanmışdı. “Napoli” A seriyasında demək olar ki, çempionıuğu təmin etdiyindən çempionata köklənə bilmir.
“Milan” da A seriyasında 2 oyundur qalib gələ bilmir. Amma bu qarşılaşma çempionatdan tam fərqli olacaq.
Neapol klubunda Viktor Osimhen zədəsini sağaldıb və start heyətində meydana çıxacaq. Əvəzində dayaq yarımmüdafiəçisi Anqissa və müdafiəçi Kim Min Ce cəzalıdır.
“Alanyaspor” – “Qalatasaray” – 2
“Qalatasaray” son oyunda “Kayserispor”un qapısından 6 cavabsız top keçirdi. Okan Burukun komandası ən yaxın izləyicisi “Fənərbaxça”nı 6 xal qabaqlayır.
“Alanyaspor” 11-ci yerdədir və liqanı tərk etmək qorxusu demək olar ki, yoxdur.
“Qalatasaray” bu mövsüm öz meydanında Alanya klubunun müqavimətini qıra bilməmişdi – 2:2.
Bu dəfə “sarı-qırmızılılar” inanmıram ki, elə səhvə yol versinlər.