Günün kuponu – 18.03.2023
“Borussiya Dortmund” – “Köln” 1
Bundesliqada çempionluq uğrunda
mübarizə aparan “Borussiya”nın 8 oyunluq qələbə seriyasını gözlənilmədən “Şalke” bitirdi. Komanda Çempionıar Liqasında da “Çelsi”yə məğlub olaraq mübarizəni dayandırdı.
Uğursuzluqlardan sonra çempionatda demək olar ki, heç bir məqsədi qalmayan “Köln”lə oyun yerinə düşür və meydan sahibləri bu şansı çətin qaçıra.
“Bohum” – “Leypsiq” 2
“Mançester Siti”yə 0:7 hesablı biabırçı məğlubiyyətdən sonra qonaqlar bütün diqqətini daxili arenaya yönəldib. “Leypsiq” hazırda Bundesliqada 3-cü pillədə qərarlaşıb və mövqeyini qorumaq üçün mütləq qalib gəlməlidi. Komandanın bunu bacaracaq potensialı var.
“Beşiktaş” – “İstanbulspor” 1
“Beşiktaş” oyunun aşkar favoritidi.
“Ağ qaralar” bu qarşılaşmada qalib gəlməsə, əzəli rəqibləri “Qalatasaray” və “Fənərbağça” ilə aralarında olan xal fərqi bir qədər də artacaq. “Qara qartallar”ın özündən xeyli zəif rəqiblə matçda buna imkan verəcəyi inandırıcı deyil.