Günün kuponu – 18.02.2025
Milan – Feyenoord 1
Çempionlar Liqasında 1/16 final mərhələsinin cavab oyununda “Milan” ilk matçdakı 0-1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 10 futbolçunun zədəli olduğu “Feyenoord” səfərdə risk etməyəcək. Rossonyerlər evdə çox etibarlı çıxış edir. Məhz buna görə son 5 ayda doğma meydanda uduzmayıb. “Milan”ın evdə qələbəsinə mərc gəlmək yanlış qərar olmayacaq.
Atalanta – Brügge QOL/QOL
İlk oyunda 2-1 hesablı qələbəyə sevinən “Brügge” indi İtaliyada cavab matçında meydana çıxacaq. A seriyasında stabil çıxış etməyən “Atalanta” Çempionlar Liqasında 1/8 finala yüksəlmək üçün inamlı hesabla qələbə qazanmalıdır. “Brügge”nin İtaliyada oynamasına baxmayaraq müdafiədə oturmayacağını düşünürəm. Ona görə qol/qol seçimini daha real sayıram.
Bayern – Celtic ÜST3.5
İndiyə qədər bütün matçlarda “Seltik”ə qalib gələn “Bavariya” 2003-cü ildə bərabərliyə təəssüflənib. Ötən həftə bundesliqada Leverkuzen “Bayer”iylə matçda qolsuz bərabərliyə razılaşan Münhen təmsilçisi səfərdə 2-1 hesablı qələbə qazanmaqla iddiasını göstərib. Fikrimcə almanlar özlərinə xas oyunla məhsuldar hesablı qələbə qazanacaq.