Günün kuponu – 18.01.2026

Günün kuponu – 18.01.2026

Atletiko Madrid – Alaves 1 və 1.5 ÜST

“Atletiko Madrid” oyunun aşkar favoritidi. Paytaxt təmsilçisi bu cür matçlarda xal itirsə, azarkeşləri tərəfindən ciddi narazılıqla qarşılaşar. La Liqada qalmaq uğrunda mübarizə aparan “Alaves” çətin ki, bu səfərdən hansısa qazanc əldə edə bilsin.

Alanyaspor – Fənərbağça 2

“Alanyaspor” öz meydanında demək olar ki, uduzmur və etibarlı müdafiəsi ilə seçilir. Amma “Fənərbağça” ilə matçlarda komanda xal qazanmaqda çətinlik çəkir. Qonaqlar da müdafiədə etibarlıdı və yaxşı formadadı. Favoritin qələbəsinə mərc edirəm.

Milan – Leççe 1 və 1.5 ÜST

“Milan” son 3 turda “Cenoa” və “Fiorentina” ilə 4 xal itirib və lider “İnter”dən 6 xal geridədi. “Leççe” son 5 oyundan dördünü uduzub və bir heç-heçə edib. Komandalar arasında ciddi səviyyə fərqi var. Meydan sahibləri bu fərqi nəticəyə əks etdirməlidi.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Turan Tovuz” Polşa klubuna məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 18.01.2026