Günün kuponu – 17.11.2024
İsrail – Belçika 2
UEFA Millətlər Liqasında 6-cı tur başlayır. Qrupda son pillənin sahibi İsrail yekun matçda Belçikayla qarşılaşacaq. Turniri qələbəsiz başa vurmağa yaxın olan İsrail siyasi vəziyyətə görə ev oyununu Budapeştdə keçirəcək. Son oyunda favorit hesab olunan Belçikanın uduzmayacağına əminəm. Ötən tur İtaliyaya uduzan Belçikanın son matçda azarkeşlərini sevindirəcəyinə inanıram.
İtaliya – Fransa QOL/QOL
Hər iki komanda Millətlər Liqasında ¼ finala vəsiqəni təmin edib. İtaliya millisi böyük ölçüdə ilk pillədə yerini dəqiqləşdirib. Bununla belə oyunda prinsipiallıq hiss olunur. Sadəcə son turda güclü olduğunu sübut etmək uğrunda mübarizə aparacaqlarını düşünürəm.
Norveç – Qazaxıstan ÜST2.5
Beş oyuna cəmi 1 xal toplayan Qazaxıstanda millisi azarkeşlərini ciddi şəkildə əsəbləşdirib. Stanislav Çerçesovun rəhbərliyi altında Qazaxıstan qrupda 1 qol belə vura bilməyib. Bu oyun rusiyalı məşqçinin Qazaxıstan millisində son matçı ola bilər. Evdə hücumda inamlı təsir bağışlayan Norveçin qələbəsinə mərc gəlmək olar. Amma ÜST2.5 seçimi daha real görünür.