Günün kuponu – 17.11.2023
Qazaxıstan – San Marino ÜST2.5
Meydan sahibləri 15 xalla üçüncü yerdədir. Avro-2024-ün seçmə mərhələsində xalsız olan San Marino aşkar autsayderliyini qəbul edib. Komanda 8 oyunda qapısında 26 qol izləyib. Bu oyunda meydan sahiblərinin inamlı qələbə qazanacağını düşünürəm.
Finlandiya – Şimali İrlandiya QOL/QOL
Hər iki komandanın qrupdan çıxmaq şansı yoxdur. Qonşu pillələrdə olmasına baxmayaraq Finlandiya rəqibi 6 xal qabaqlayır. Statistika bu komandaların əksər duellərində qol\qol seçiminin doğrulduğunu göstərir. Ona görə tərəflərdən birinin qələbə qazanma ehtimalı yüksək dəyərləndirilmir.
Moldova – Albaniya 2
Albaniya 13 xalla lider olaraq qalır. Moldova son iki turda qələbə qazanarsa qrupdan çıxmaq şansını nəzəri cəhətdən saxlayır. Hazırkı vəziyyətdə qonaqları favorit sayaraq onların qələbə qazanacağını düşünürəm.