Günün kuponu – 17.10.2025

Günün kuponu – 17.10.2025

Kızıl Jar – Kayrat 2

Qazaxıstan çempionatının lideri Çempionlar Liqası sınağı öncəsi özündən xeyli zəif rəqiblə qarşılaşacaq. “Astana”nı cəmi 2 xal qabaqlayan “Kayrat”a mütləq qələbə lazımdı.
Qonaqların bu vəzifənin öhdəsindən gələcəyini düşünürəm.

Şamaxı – Kəpəz QOL/QOL

Turnir cədvəlinin quyruğunda qərarlaşmış “Kəpəz” Azər Bağırovun gəlişindən sonra ilk matçda sərgilədikləri futbolla azarkeşlərinə ümid verdi. “Qarabağ”la qarşılaşmadan sonra çempionatdakı fasilə gəncəlilər üçün xüsusi faydalı ola bilər. Zənnimcə, Şamaxıda keçiriləcək turun açılış matçında gərgin mübarizə və qarşılıqlı qollara şahidlik edəcəyik.

Turan – Qarabağ 2

Tovuzlu azarkeşlər turnir cədvəlinə baxanda yəqin ki, bu durumun sonacan dəyişməməyini arzulayır. “Turan Tovuz”dan 1 oyun az keçirən “Qarabağ”a rəqibi liderlik mövqeyindən düşürmək üçün 1 qələbə bəs edir.
Bilbao səfərindən əvvəl çempion futbolçular nə qədər özünü qorumağa çalışsa da “Azersun Arena”da xal itkisinə yol verəcəkləri inandırıcı görünmür.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Real”ın müdafiəçisi zədələndi

Növbəti yazı

Sürpriz kupon – 17.10.2025