Günün kuponu – 17.10.2022
“Ankaragücü” – “Fənərbağça” QOL/QOL
Sarı lacivərdlilər 9-cu turda Ankaraya səfər edəcək. Meydan sahibləri cari mövsümün uğursuz komandalarından sayılır. Son iki ildə keçirilən bütün matçlarda “Fənər” qələbə qazanıb. Bununla belə Ankara təmsilçisinin evdə rəqiblərə asanlıqla təslim olmadığını unutmaq olmaz.
“Sivasspor” – “Girəsunspor” ALT2.5
Sivas təmsilçisi cari mövsüm autsayder rolundadır. “Sivasspor” 9 oyundan 7 xal toplamaqla 16-cı yerdən xilas ola bilmir. Konfrans Liqasında çıxışını davam etdirən meydan sahibləri üçün 9-cu tur dönüş nöqtəsi ola bilər. Meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.
“Vilyarreal” – “Osasuna” QOL/QOL
La Liqada 8-9-cu sıralarda qərarlaşan klubların dueli maraqla gözlənilir. Rəqibləri bir-birindən 1 xal ayırır. Son iki ildə baş tutan matçlarda “Osasuna” 3 xal qazanıb. Əvvəlki iki turda qələbə qazana bilməyən “Osasuna”nın bu matçda xalsız qalacağını düşünmürəm.