Günün kuponu – 17.09.2025

Günün kuponu – 17.09.2025

Olimpiakos – Pafos 1

Yunanıstan çempionunun təqviminə baxanda ən şanslı göründüyü oyun məhz Pafosla qarşılaşma sayıla bilər. Odur ki, Olimpiakos bu fürsəti əldən verməməyə çalışacaq. Pafos çempionlar liqasına vəsiqə qazanmaqla maksimum tapşırığı yerinə yetirib. Onlar çətin ki, Olimpiakosla bacara bilsin.

Bayern Münhen – Çelsi 2,5 ÜST

Almaniya çempionu açıq futbol oynayacaq. Çelsi isə belə fürsətləri sevir. Düşünürəm ki, bizi bol qollu qarşılaşma gözləyir. Təxmin edərkən kiminsə qələbə qazanacağını deyil, bol qollu oyun keçəcəyi ehtimalı daha ağır gəlir. Bu səbəbdən 2,5 üst seçimini tövsiyə edirəm.

PSJ – Atalanta 1

Son çempion qaldığı yerdən davam etmək istəyir. Atalanta da buna uyğun rəqibdir. PSJ öz evində istənilən rəqibə qarşı favoritdir. Qasperininin gedişindən sonra Atalanta da əvvəlki kimi görünmür. Odur ki, Fransa təmsilçisinin çətinlik çəkmədən qələbə qazanacağına inanıram.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Tovuz şəhər stadionunun “Turan Tovuz”un ixtiyarına veriləcəyi tarix açıqlanıb

Növbəti yazı

Sürpriz kupon – 17.09.2025