Günün kuponu – 17.09.2022
“Vulverhempton” – “Mançester Siti” – 2
“Vulverhempton” son 4 matçda (1 kubok, 3 premyer liqa oyunu) uduzmasa da, fikrimcə, “Siti”nin qarşısında davam gətirə bilməyəcək. Tərəflərin öz aralarındakı son 4 dueldə olduğu kimi bu görüşdə də Mançester təmsilçisinin qalib gələcəyini düşünürəm.
“Borussiya Dortmund” – “Şalke” – 2,5 ÜST
Bundesliqanın ən prinsipial duellərindən olan Rur derbisi. Bütün derbilər üçün xarakterik olan gərginlik, həyəcan, qarşılıqlı qolları bu matçda artıqlaması ilə gözləyirəm. Dortmund klubu favorit sayılsa da, derbi olduğunu nəzərə alıb, daha “sığortalı” variant olan 2,5 üstə mərc edirəm.
“Tottenhem” – “Lester” – QOL/QOL
Heyətində Vardi, İheanaço, Tilemans kimi oyunçuların olduğu “Lester” hələki azarkeşlərini məyus edir. 6 oyunda cəmi 1 xal və sonuncu yer! Komandanın müdafiəsi bərbad oynayır, hər oyuna orta hesabla 2 qol buraxır. Hücum isə nisbətən yaxşıdır : 6 matçda 8 qol. Elə bu statistikaya əsaslanıb qol /qol variantına üstünlük verirəm.