Günün kuponu – 17.08.2024
Dinamo Moskva – Krılya Sovetov 1
“Dinamo” Rusiya Premyer Liqasının yeni mövsümünə çox yaxşı başlayıb. “Krılya Sovetov” isə əksinə, mövsümün əvvəlində heç də yaxşı nəticələr göstərmir. Hesab edirəm ki, meydan sahibləri bu görüşün favoritidir və inamlı qələbə qazanacaq.
Monako – Sent-Etyen 1
Ev sahibləri mövsümə ciddi hazırlaşıb. Heyətlərinİ də kifayət qədər gücləndiriblər. Hətta, son yoldaşlıq matçında “Barselona”nın qapısından 3 cavabsız qol keçiriblər. Fikrimcə, bu il 2-ci liqadan qayıdan qonaqların “Monako”ya gücü yetməyəcək.
Milan – Torino 1
“Milan” yeni baş məşqçi Fonsekanın və komandaya cəlb olunan yeni oyunçuların gəlişindən sonra fərqli oyun nümayiş etdirir. Buna misal, son yoxlama oyunlarında “Mançester Siti” və “Real Madrid” üzərində qələbəsini göstərmək olar. Azarkeşlər “Milan”ın yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacağını gözləyir. Uğurlu başlanğıc komanda üçün olduqca vacibdir.