Günün kuponu – 17.08.2022

Günün kuponu – 17.08.2022

Qarabağ – Viktoriya QOL/QOL

Avqustun 17-si saat 20.45-dən etibarən dünya azərbaycanlılarının ürəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Qurban Qurbanovun komandası mövsümə mükəmməl start verib.
“Viktoriya” da yaxşı başlayıb. Plzenlilər ÇL-ə ikinci təsnifat raundunda Finlandiya çempionu HİK-i 2:1 və 5:0 hesabı ilə yenib, daha sonra Moldova “Şerif”i çexlərin qarşısında tab gətirməyib – 2:1, 2:1.
Buna baxmayaraq, hücumda məhsuldarlıqla seçilən çexlər 5 oyundu öz qapısına da qol buraxır.

Djurgarden – APOEL 1

Meydan sahibləri rəqibini ustalığa görə üstələyir. Üstəlik, komanda əla formadadı. İsveçlilərin doğma azarkeşlər önündə çıxış etdiyini də nəzərə alsaq qalib gələcəklərinə demək olar ki, şübhə qalmır.

Dinamo Kiyev – Benfika 2

“Benfika” əla formadadı. Komanda ÇL-in 3-cü raundunda “Midtyulland”ı evdə 4:1, səfərdə isə 3:1 məğlub edib. Portuqaliya çempionatının startında da komanda ardıcıl iki qələbə qazanıb və qapısında qol görməyib.
Ev oyunlarını Polşada keçirməli olan “Dinamo”nun pley-offa yüksəlməsi özü böyük gözlənilməzlikdi. Amma “Benfika” “Fənərbağça” və “Şturm”da xeyli güclüdür.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Qara Qarayev: “Tarixi nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik”

Növbəti yazı

Sürpriz kupon – 16.08.2022