Günün kuponu – 17.07.2024
“Struqa” – “Slovan” – QOL/QOL
Slovakiya çempionu Şimali Makedoniyada keçirilən ilk oyunda 4:2 hesablı qələbə qazanmaqla növbəti mərhələyə doğru inamlı addım atıb. “Struqa” cavab matçında revanş üçün bütün gücünü qoyacaq. Slovaklar da üstünlüyünü qorumağa çalışacaq. Belədə qarşılıqlı qollar daha real variant kimi görünür.
“Dinamo Batumi” – “Ludoqorets” – 2,5 ÜST
Çempionlar Liqasında ilkin mərhələni adlamağa Bolqarıstan klubu daha yaxındır. Batumi “Dinamo” su səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün “döyüşəcək”. Güzəştsiz mübarizə və bol qol gözlədiyim oyundur.
“FK Petrocub” – “Ordabasy” – 2,5 ALT
Qazaxıstanda keçirilən ilk oyunda azarkeşlər qol görmədi. Cavab matçınında da tərəflərin ehtiyatlı oyuna üstünlük verəcəyini təxmin edirəm. Ona görə 2,5 altı daha uyğun variant hesab edirəm.