Günün kuponu – 17.05.2025
Borussiya M – Volfsburq QOL/QOL
Qol vurmağı yaxşı bacaran və hal hazırda inamlı müdafiə olunmayan iki rəqib son turda üz-üzə gələcək. Bu mövsüm vurduqları və buraxdıqları qolların sayı aşağı yuxarı demək olar ki, eynidir. Borussiya (55-56), qonaqlar (55-54). Bu görüş formal xarakter daşıyır və mövsümü orta sıralarda başa vuracaqlar. Belə matçdan yalnız hücum futbolu və qollar gözləmək olar.
Orenburq – Krasnodar 2
Çox güman ki, ev sahiblərinin, liderlə görüşü çətin olacaq. Çempionluğu hədəfləyən qonaqlar növbəti 3 xal üçün meydana çıxacaqlar. Autsayder “Orenburq”-un müdafiəsi, yəqinki “Krasnodar”-ın hücumlarının təzyiqinə tab gətirməyəcək.
Lion – Anje 1
“Lion” çempionatın sonlarını heç də, yaxşı keçirmədi. Son turda, böyük hesablı qələbə və riyazi hesablama şanslarını nəzərə alsaq, yalnız o halda avrokuboklara vəsiqə qazana bilər. Ev sahibləri bu oyunun aşkar favoritidir və fikrimcə rahat qələbə əldə edəcək.