Günün kuponu – 17.04.2025

Günün kuponu – 17.04.2025

Atletik – Qlazqo Reyncers 1

UEFA Avropa Liqasında ¼ finalın ilk oyunu qolsuz bərabərliklə yekunlaşıb. Maraqlıdır ki, Bilbao təmsilçisi avrokuboklarda daxil ardıcıl üç matçda 0-0 oynayıb. Yalnız La Liqanın son turunda “Raye Valekano”nu məğlub edərək uğursuzluğa son qoyub. 25 gündü qələbəyə həsrət olan Şotlandiya klubunun səfərdəki şansları yüksək deyil.

Ayntraxt – Tottenhem QOL/QOL

İlk oyunda 1-1 oynayan tərəflər indi Almaniyada mübarizə aparacaq. Londonu klubu cavab oyununa 6 futbolçusu olmadan çıxacaq. Şansların bərabər olduğunu nəzərə alaraq tərəflərin açıq futbol nümayiş etdirməyə məcbur olacağını söyləmək olar. Komandaların meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.

Latsio – Bodo Qlimt QOL/QOL

Evdə 2-0 hesablı qələbə qazanan “Bodo Qlimt” çoxlarını təəccübləndirdi. Əksəriyyət İtaliya klubunun cavab matçında məğlubiyyətin əvəzini çıxacağına inanır. “Latsio”da Patrik, Peleqrini, Renzetti və Tavares meydanda olmayacaq. 12 həftə qələbə qazana bilməyən meydan sahiblərinin şansları yüksək deyil. Bu oyuna qol/qol seçimini etməyi təklif edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Qarabağ”ın “Sumqayıt”la oyununun yeri dəyişdirildi

Növbəti yazı

Sürpriz kupon – 17.04.2025