Günün kuponu – 17.04.2022
“Nyukasl” – “Lester” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1317]
“Nyukasl” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.Təhlükəli zonaya yaxındır.31 oyun, 8 qələbə, 10 heç-heçə, 13 məğlubiyyət.
9-cu yerdə olan “Lester” də medallara iddiasından əl çəkib. 29 oyun, 11 qələbə, 7 heç-heçə, 11 məğlubiyyət.
Hər iki komanda stabil çıxış etmədiyindən bu oyun üçün ən uyğun variant qol-qoldur.
“Bayer” – “Leypsiq” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1318]
“Bayer” 3-cü pillədə qərarlaşıb. Son ev oyunlarının 5-dən 4-nü qələbə ilə başa vurub. Yüksək məhsuldarlıq nümayiş etdirirlər. “Leypsiq” bu oyundan əvvəl Avroliqada möhtəşəm qələbə qazanıb. Bundesliqada ilk “altılıq”da qərarlaşan rəqiblərə “dərs keçir”. Məğlubedilməz seriya, 8 oyuna 6 qələbə, 2 heç-heçə. Qol vurmaq onlar üçün problem deyil. Proqnozum qol-qoldur.
“Atletiko” – “Espanyol” 1 [nowbetnow-dynamic dyn_code=1319]
Çempionlar Liqasında çıxışını dayandıran “Atletiko” bütün fikrini yönəldəcək çempionata.2-3 yerlər uğrunda amansız mübarizə aparır. “Barselona” və “Sevilya”dan cəmi 3 xal geri qalırlar.
Rəqib isə 31 oyuna 39 xal toplamış “Espanyol”dur. Təhlükəli zonadan bir qədər uzaqlaşan bu komanda bəzi oyunlarda göstərdiyi mübarizliyi ilə diqqət çəkir. Bununla belə qələbəyə böyük ehtiyacı olan “Atletiko” nun qalib gələcəyini düşünürəm.