Günün kuponu – 17.02.2025

Günün kuponu – 17.02.2025

Barselona – Rayo Valekano – Oyunun nəticəsi və ÜST/ALT – Barselona və ÜST 2,5

Barselona çempionluq mübarizəsindən uzaq düşməmək üçün bu oyunu mütləq qazanmalıdır. Hərçənd Rayo Valekano da bu mövsüm yaxşı təsir bağışlayır. 6-cı yerdə qərarlaşan komanda avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Fikrimcə. Barsa üçün heç də asan olmayacaq, amma yekunda katalonlar lazımi 3 xalı əldə edəcək. Və bu bol qollu bir qarşılaşma ilə müşaiyət olunacaq.

Rizəspor – Qalatasaray – 2

Avroliqada Az Alkmaardan ağır məğlubiyyət alan (1:4) Qalatasaray məncə, ardıcıl 2-ci oyunda azarkeşlərini üzməyəcək. Fənərbağça ilə xal fərqinin azalmasına imkan verməmək üçün Cim-Bom Rizə səfərində 3 xal qazanmalıdır. Fikrimcə, Qalatasaray bunu bacarcaq.

Makkabi Hayfa – Hapoel Katamon – 1

Son turda Hayfa derbisində Hapoellə 1-1 oynayan Makkabi bu dəfə çətin ki, rəqibinə şans verə. Məncə, Hayfa təmsilçisi favorit statusunu doğruldaraq meydandan 3 xalla ayrılacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Formula 1-də yeni komanda

Növbəti yazı

Sürpriz kupon – 17.02.2025