Günün kuponu – 17.02.2023
“Auqsburq” – “Hoffenhaym” ALT 3.5
Turnir cədvəlində qonşu olan hər iki kluba qələbə lazımdı. Komandalar arasında qarşılaşmalar adətən “Hoffenhaym”ın qələbəsi ilə bitsə də, indi qonaqlar yaxşı formada deyillər.
“Auqsburq” isə məhsuldar futbolu ilə seçilmir. Düşünürəm ki, ALT 3.5 mərcini sınamağa dəyər.
“Valveyk” – “Fortuna” QOL/QOL
Rəqiblər 21 turdan sonra hərəyə 26 xal toplayaraq turnir cədvəlində 9-10-cu yerləri bölüşdür. Qonaqlar Burak Yılmazın öndərliyində ən azı 1 dəfə qol vurmağa qadirdi. Oyunun favoriti olan meydan sahibləri isə bu etimadı doğrultmaq üçün qollar vurmalıdı.
“Sassuolo” – “Napoli” 2
“Napoli” çempionluğa doğru inamla irəliləyir. “Sassuolo” son oyunlarda əla performans sərgiləsə də, Xviça Kvaratsxeliyanın komandasına çətin ki, mane ola bilsin. Avrokubok mücadiləsi öncəsi həm Kvaratsxeliya, həm də, Osimhenə istirahət veriləcəyi ehtimalı var. Amma qonaqlar istənilən halda 3 xal qazanmaq üçün əlində gələni edəcək.