Günün kuponu – 17.01.2026

Günün kuponu – 17.01.2026

Liverpul – Börnli – 1/1

Lider “Arsenal”dan 14 xal geri qalan Liverpul indi çempionluqdan çox UEFA Çempionlar Liqasına vəsiqə verən ilk “dördlük”də yerini qorumağı düşünür. Son 3 premyer liqa matçının hamısında heç-heçə oynayan Liverpul növbəti xal itkisi ilə 4-cü sıranı da əldən verə bilər. Belə vəziyyətdə 20 komanda arasında 19-cu olan Börnlini də udmayib, hansı komandanı məğlub edəcəklər? Məncə, Liverpul Börnlini son 6 dueldə olduğu kimi bu görüşdə də məğlub edəcək. Qələbənin əsasını isə elə ilk 45 dəqiqədə qoyacaqlar.

Real Madrid – Levante – 1/1

Xabi Alonsonun istefası ilə baş məşqçisiz qalan Real”da vəziyyət gərgindir. Superkubokda əzəli və əbədi rəqib Barselonaya, İspaniya Kral Kubokunda sequnda klubu Albaseteyə məğlubiyyətlərin heyfini çıxmaq üçün rahat rəqib axtarırlar sanki. La Liqada 19cu sırada qərarlaşan Levante tam zamanında Realın qarşısına çıxıb. Autsayderə qalib gəlib komanda daxili ab-havanı bir qədər düzəltmək olar.

Layptsiq – Bavariya – QOL/QOL

Bavariya matçın favoriti sayılsa da, Layptsiq də yaxşı mövsüm keçirir. Ümumiyyətlə, bu komanda öz meydanında Bavariyaya qarşı adətən layiqli oyunu ilə diqqət çəkir. Tərəflərin Layptsiqdə keçirilən son 5 görüşünün hamısında qarşılıqlı qollar qeydə alınıb. Məncə, bu dəfə də elə olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Sumqayıt” “Osiyek”ə məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 17.01.2026