Günün kuponu – 17.01.2022
“Portimonense” – “Gimaraeş” – QQ
Portimanda baş tutacaq Portuqaliya çempionatının oyununda qonaqlar 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Edvards cəzalıdı, Semedu, Saku və Mumin milli komandanın düşərgəsindədir. Daha bir futbolçunun isə koronavirus testi müsbət nəticələnib. “Portimonense” 24 xalla 7-ci yerdədir. Qonaqlar 1 xal fərqlə 25-cı sıradadır. Hər iki komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Ona görə qol\qol seçimi daha real görünür.
“Milan” – “Spezia” – 1
A seriyasında lider “İnter”dən 1 xal geri qalan “Milan” doğma meydanda “Spezia”nı qəbul edəcək. Rossonyerlər son 3 matçda qələbə qazanıb və kubok matçında “Cenoa”nı üstələyib. Qonaqlar isə son 7 ildə səfərdə “Milan”dan xal ala bilməyib. Fikrimcə sürpriz baş verməyəcək.
“Fiorentina” – “Cenoa” – ALT2.5
Meydan sahibləri avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Cenoa”nın isə aktivində yalnız 1 qələbə var. Komanda A seriyasında qalmaq üçün mütləq təhlükəli zonadan çıxmalıdı. “Cenoa” son iki il ərzində “Fiorentina” üzərində qələbə qazanmayıb. Ən yaxşı halda heç-heçə edib. A seriyasında son 3 matçda qələbə qazana bilməyən meydan sahibləri indi azarkeşləri sevindirmək üçün əla şans əldə edib.