Günün kuponu – 16.12.2024

Günün kuponu – 16.12.2024

Latsio – İnter QOL/QOL
Son iki ildə “İnter”lə bacarmayan “Latsio” bu dəfə rəqibi Romada qəbul edəcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların eyni xalı var. Avropa Liqasında “Ayaks”a qalib gələn (3-1) meydan sahibləri uğursuz seriyaya son qoymaq fikrindədir. ÇL-də “Bayer”ə uduzan “İnter” isə indi A seriyasında bəraət almaq istəyir. Bu oyun üçün qol/qol seçimini daha real hesab edirəm.

Adana Demirspor – Beşiktaş 2
Qələbəyə həsrət olan Adana təmsilçisi cari mövsüm superliqada 3 xal qazandığı matç olmayıb. Turnir cədvəlinin “zirzəmi”sində dayanan komandanın yüksək dəstəni tərk edəcəyi gözlənilir. Abrokuboklarda “Bod0 Glimt”ə uduzan (1-2) qonaqların Adanada sürpriz edəcəyinə inanmıram. Fikrimcə “Beşiktaş”ın qələbəsinə mərc etmək olar.

Qalatasaray – Trabzonspor 1
Təhlükəli zonadan uzaqlaşmağa çalışan Trabzon təmsilçisini səfərdə lider “Qalatasaray” gözləyir. Cim Bomun cari mövsüm özünə bənzəməyən rəqibə rəhm edəciyini düşünmürəm. “Qalatasaray”ın hazırkı durumda rahat qələbə qazanacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”dən ev qələbəsi

Növbəti yazı

Sürpriz kupon – 16.12.2024