Günün kuponu – 16.11.2025

Günün kuponu – 16.11.2025

Nigeriya – Konqo Demokratik Respublikası – 2,5 ALT

Afrikadan qarşıdakı dünya çempionatına sonuncu – 10-cu vəsiqəyə 2 namizəd qalib. Neytral meydanda – Mərakeşdə keçiriləcək bu final matçında qalib tərəf gələn martda 6 komandanın iştirakı ilə keçiriləcək qitələrarası pley-off oyunlarında iştirak hüququ əldə edəcək. Orada ilk 2 yeri tutan komandalar mundiala son “biletlər”ə sahib çıxacaq. Konqo tarixində ilk dəfə bu böyük futbol festivalında iştirak etmək üçün Kamerundan sonra digər favorit Nigeriyanı da üstələməyə çalışacaq. Tərəflərin son 15 ildə baş tutan 3 duelində hərəyə bir qələbə qazanıblar, bir oyun isə heç-heçə bitib. Finalın adına layiq gərgin keçəcəyini və 2,5 alt bitəcəyini təxmin edirəm.

İsrail – Moldova – QOL/QOL

Seçmə mərhələnin son turunun nəticəsi bu komandalar üçün ciddi əhəmiyyət daşımır. Nəticədən asılı olmayaraq İsrail millisi tsikli 3-cü, Moldova sonuncu yerdə başa vuracaq. Belə oyunlar isə adətən bol qollu keçir. Statistika da bunu deyir. İsraillə Moldova yığmaları indiyədək 7 dəfə qarşılaşıb və bunun 6-da qarşılıqlı qollar vurulub. Ənənənin pozulmayacağını düşünürəm.

Macarıstan – İrlandiya – 2-ci hissə cüt şans 12

Pley-offa vəsiqə 2-ci yer uğrunda həlledici oyun. Hazırda 2-ci sırada olan Macarıstanı 1 xal da qane edir. İrlandiyaya yalnız qələbə lazımdır. Azı 2 qol gözlədiyim bu oyunda 2-ci hissədə qol sayında hesabda bərabərlik olmayacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Qnabri Premyer Liqa yolunda

Növbəti yazı

Sürpriz kupon – 16.11.2025