Günün kuponu – 16.10.2025

Günün kuponu – 16.10.2025

Köln – Bayer Leverkuzen 2,5 ÜST

Bundesliqaya yenidən qayıdan Köln Bayerlə oyunda sürpriz axtarışında olacaq. Düşünürəm ki, onlar sürpriz edə bilərlər. Günün kuponunda Bayerin qələbəsinə mərc etməyin riskli olduğunu düşünürəm. Hər iki komandanın hücum potensilanını nəzərə alsaq, bu qarşılaşma üçün ən uyğun seçim 2,5 üst olar. Məncə azarkeşlər azı 3 qol görəcəklər.

Tamperin İlves – Kuopion Palloseura X2

Liderlərin oyunu turun mərkəzi matçıdır. Hazırda birinci olan Kuopion Palloseura çempionluğa çox yaxın görünür. Düzdür, İlves qələbə qazanacağı təqdirdə 1-ci pilləni ələ keçirəcək. Son 2 turda qələbə qazana bilməyən İlvesin oyununda eniş hiss olunur. Kuopion isə 3 turdur ki, qələbə qazanır. Zənnimcə, qonaqlar uduzmayacaqlar.

Haddersfild Taun – Bolton Uanderers QOL/QOL

Bu oyunun aşkar favoriti yoxdur. Əmsallar da bunu deyir. Lakin hər iki komandanın qələbə qazanmaq üçün əlindən gələni edəcəyini söyləmək olar. Düşünürəm ki, bu oyun üçün ən ideal mərc qol/qol seçimi olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

X turun oyun cədvəli bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 16.10.2025