Günün kuponu – 16.10.2024

Günün kuponu – 16.10.2024

St.Polten W – Manchester City W 1-ci hissə ÜST1.5
Qadın futbol komandaları arasında təşkil edilən UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına mərc etmək təklif olunur. İlk turda məğlub olan “St.Polten” komandasının autsayderliklə barışdığını demək mümkündür. Avstriya Liqasında inamlı çıxış etməsinə baxmayaraq ingilislərə qarşı şansları aşağı qiymətləndirilir. İlk hissədə qonaqların cütün taleyini həll edəcəyinə inanıram.

Juventus W – Bayern Munich W QOL/QOL
ÇL-də qrupun favoritləri İtaliyada üz-üzə gəlir. İlk oyunda rəqib qapısına 5 qol vuran Münhen təmsilçisi səfərdə oynamasına baxmayaraq yenə də favorit göstərilir. “Yuve”nin qadın komandası ev oyunlarında inamlı təsir bağışlayır. Bu səbəbdən qol/qol seçiminin daha real olduğunu düşünürəm.

Arsenal W – Valerenga W ALT3.5
İlk turda “Bavariya” ilə bacara bilməyən İngiltərə təmsilçisi bu matçda qələbə qazanmağa çalışacaq. İngiltərə Premyer Liqasında ardıcıl 2 tur qələbə qazana bilməyən topçular evdə azarkeşlərini sevindirmək üçün səy göstərəcək. Norveç çempionatında rəqib tanımayan “Valerenga”nın səfərdə sürpriz imkanları məhdud görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan növbəti transfer

Növbəti yazı

Sürpriz kupon – 16.10.2024