Günün kuponu – 16.09.2025

Günün kuponu – 16.09.2025

PSV – Royale Union 1

Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu başlayır. Eynhdoven şəhərində PSV Belçika təmsilçisini qəbul edəcək. Qonaqlar səfərdə kifayət qədər yaxşı mübarizəylə seçilir. 1-ci turda Niderland komandasını evdə yalnız qələbə razı salacaq. Fikrimcə PSV minimal hesabla ilk oyunu aktivinə yazdıracaq.

Atletik – Arsenal ÜST2.5

Premyer Liqada 3 qələbə və 1 məğlubiyyətlə 9 xal qazanan topçular cari mövsüm yalnız “Liverpul”a təslim olub. Bilbaoda ingilisləri güzəştsiz mübarizə gözləyəcəyi dəqiqdi. Primeronun son turunda “Alaves”ə uduzan (0-1) Bilbao təmsilçisinin evdə xalsız qalacağına inanmıram. Bu oyunda məhsuldar heç-heçənin qeydə alınacağını düşünürəm.

Yuventus – Borussiya QOL/QOL

Statistika Qoca Sinyoranın tərəfindədir. Almanlar Çempionlar Liqasında son dəfə 1997-ci ildə “Yuve”ni məğlub etməyi bacarıb. A seriyasında maksimum xal toplayan “Yuventus”un evdə favorit olduğu dəqiqdi. Amma almanların İtaliyadan qolsuz qayıdacağına mərc gəlmək istəmirəm. Qol/qol seçimi daha real görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Kəpəz”dən 1000-ci oyun

Növbəti yazı

Sürpriz kupon – 16.09.2025