Günün kuponu – 16.09.2024
Norsyelland – Randers QOL/QOL
Turnir cədvəlinin ortalarında qonşu olan komandalar məhsuldarlığı ilə seçilir. Son ev matçında “Kopenhagen”i məğlub edən meydan sahibləri bu dəfə də favoritdi. Bol qollu bir oyun gözləyirəm.
Latsio – Verona 1
Hər iki komanda hələlik qeyri-sabit oyunu ilə seçilir. “Verona”dan bu gözlənilirdisə, “Latsio” bir qədər təəccüblındirir. Amma matçın favoriti olan meydan sahiblərinin bu dəfə 3 xal şansını qaçırmayacağına mərc edirəm.
Eştrela – Boavişta ALT 2.5
“Boavişta” bu mövsüm Primeyrada keçirdiyi oyunlarda cəni 1 qol vurub. Komanda “Kaza Pia”nı səfərdə 1:0 məğlub edib, “Famalikan”a isə eyni hesabla uduzub, evdə “Braqa”ya 0:1 uduzub, “Eştoril” ilə qolsuz bərabərə qalıb. “Eştrela” da 4 oyunda cəmi 1 dəfə fərqlənib. Komanda səfərdə “Braqa” ilə heç-heçə edib 1:1, “Benfika”ya 0:1 uduzub, evdə isə “Famalikan”a 0:3, “Kaza Pia”ya 0:1 hesabı ilə uduzub. Göründüyü kimi rəqiblər məhsuldarlığı ilə seçilmir. Fikrimcə, bu qarşılaşmada da çox qol vurulmayacaq.