Günün kuponu – 16.09.2022
“Valyadolid” – “Kadis” – 1
“Kadis” bu mövsüm çox zəif təsir bağışlayır. Komanda 5 oyunda 1 qol belə vura bilməyib, bütün görüşlərdə məğlub olub.
“Valyadolid” isə “Almeriya” üzərində qələbədən sonra ötən tur “Jirona”ya uduzdu. Bu komandalar arasında son 3 görüş heç-heçə başa çatıb. Bu dəfə birbaşa X yazıb riskr etmək çətindir.
“Salernitana” – “Leççe” – 1
“Salernitana” 5 oyundur ki, məğlub olmur. Düzdür, bu 5 görüşün dördündə heç-heçə qeydə alınıb. Komanda son turda “Yuventus” qarşısında 2:0 önə keçsə də, az qala qələbəni əldən verəcəkdi – 2:2.
“Leççe” də son dörd oyunun üçündə heç-heçə edib.
Amma bu mövsüm “Salernitana” daha yaxşı heyət yığıb və inamlı təsir bağışlayır.
“Mayns” – “Herta” – QOL/QOL
“Mayns” 6 oyundan sonra 10 xalla 6-cı yeri tutur. Ancaq danimarkalı Bo Svenssonun çalışdırdığı komanda ötən tur “Hoffenhaym” səfərində böyük hesabla uduzdu – 1:4. Ümumiyyətlə, “Mayns” son 4 görüşdə 8 top buraxıb. Bu, komandanın müdafiə xəttində işlərin qaydasında olmadığını göstərir.
“Herta” son 2 qarşılaşmada uduzmayıb. Berlin klubu son 2 turda rəqib qapılarına 4 qol vurub.
Meydan sahiblərinin heyətində ötən tur qırmızı vərəqə alan Aleksandr Hak komandasına kömək edə biilməyəcək. Bu komandalar arasındakı oyunlar maraqlı keçir. Düşünürəm ki, qol\qol görə bilərik.