Günün kuponu – 16.05.2025

Günün kuponu – 16.05.2025

Norşeland – Orhus 2,5 ÜST

Çempionluq və Avrokubok şanslarını itirən iki komandanın görüşü olacaq. Məncə baş məşqçilər artıq indidən növbəti mövsümün planlarını cızırlar. Odur ki, hər iki komandanın daha çox ehtiyat qüvvə ilə oynayacağını ehtimal edirəm. Digər tərəfdən bu komandaların məğlub olmaq qorxusu yoxdur. Məğlubiyyət heç nəyi dəyişməyəcək. Odur ki, risk alacaqlarını daha çox hücum edəcəklərini düşünürəm. Qarşılaşmanın bol qollu keçmə ehtimalı böyükdür.

Aston Villa – Tottenhem QOL/QOL

Bütün ümidini Avroliqa finalına saxlayan Tottenhem Çempionla liqasını hədəfləyən Aston Villaya qonaq olacaq. Meydan sahibləri bu görüşün favoritidir. Məncə onlar bu statusu doğruldacaqlar. Lakin, Tottenhemin də meydanı qol vurmadan tərk etməyəcəyi qənaətindəyəm. Odur ki, qol/qol mərci daha məntiqli görünür.

Haka Valkeakoski – Kuopio PS 2,5 ÜST

Haka Finlandiya liqasının liderini qonaq edəcək. Təbii ki, favorit Kuopio PS klubudur. Amma Haka “evdə” daha yaxşı oynayır. Məncə 3 ehtimallı qarşılaşmadır. İstənilən nəticə qeydə alına bilər. Odur ki, bu oyun üçün 2,5 üst seçimi daha uğurlu olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Rodriqo “Siti”nin hədəfində

Növbəti yazı

Sürpriz kupon – 16.05.2025