Günün kuponu – 16.06.2023
Andorra – İsveçrə ÜST 2.5
Komandalar arasındakı ustalıq fərqi haqda danışmaq artıqdı. Bu oyunda ən azı 3 qol vurulacağını təxmin edə bilərik.
Cəbəllütariq – Fransa ÜST 3.5
Fransanın rahat qələbəsi yəqin ki, heç kimdə şübhə doğurmur. Amma qonaq futbolçuların ağır mövsümdən sonra zəif rəqibi darmadağın etmək üçün dəridən-qabıqdan çıxacağına inanmıram. Bununla belə fransızların ustalığı özlərini əziyyətə salmadan ən azı 4 qol vurmağa imkan verir.
San Marino – Qazaxıstan ÜST 2.5
Fransızlardan fərqli Qazaxıstan özündən aşkar zəif rəqiblərlə tez-tez qarşılaşmır. Bu matç qazaxların özünü yaxşı tərəfdən göstərməsi üçün fürsətdi. Qonaqların böyükhesablı qələbə qazanacağını proqnozlaşdırmaq olar.