Günün kuponu – 16.04.2025

Günün kuponu – 16.04.2025

Real Madrid – Arsenal – 2,5 ÜST

Londondakı oyunda Realın 3 cavabsız qolla uduzması gözlənilməz oldu. Cavab oyunu “Kral Klubu”nun Çempionlar Liqasında qalması üçün son şansdır. Ona görə Realın ilk dəqiqələrdən hücum edəcəyin gözləyirəm. Arsenalın da hücum potensialını nəzərə alsaq, məhsuldar oyun gözləmək olar.

İnter – Bayern Münhen – QOL/QOL

Bayern Münhen öz evindəki (1:2) məğlubiyyətin əvəzini çıxmalıdır. Amma rəqib də İtaliya A seriyasının hazırki lideridir. Məncə, qarşılıqlı qollar daha real variantdır.

Dinamo Moskva – CSKA Moskva – QOL/QOL

Rusiya Kubokunda ilk yarımfinalı CSKA 2:1 hesabı ilə qazanıb. İndi Dinamo finala çıxmaq üçün mütləq qalib gəlməlidir. Komandaların öz aralarındakı son 10 görüş, hətta yoxlama oyunları belə 2,5 üstlə bitib. Fikrimcə, Moskva derbisi bu dəfə də bol qollu keçəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Edersona yeni müştərilər

Növbəti yazı

Sürpriz kupon – 16.04.2025