Günün kuponu – 16.03.2025
Atalanta – İnter QOL/QOL
İtaliya A seriyasında turun mərkəzi oyunu. Lider İnter 3-cü sıradakı Atalantanı 3 xal qabaqlayır. A seriyasında bu mövsüm ən çox qol vuran komandaları məhz İnterlə Atalantadır: 28 oyunda 63 qol! Belə hücum xətti olan komandalardan qol gözləmək məntiqlidir.
Ştutqart – Bayer Leverkuzen QOL/QOL
Ştutqart bütün turnirlər nəzərə alınmaqla son 8 matçın hamısında qol vurub. Leverkuzenlilər isə əksinə, 3 oyundur qol vura bilmir və görüşlərdən ikisi Bayern Münhenə qarşı – Çempionlar Liqasında olub. Amma Bayer Leverkuzenin cari mövsüm bundesliqada 25 turda 55 qol vurması komandanın keyfiyyətli hücum xəttindən xəbər verir. Tərəflərin Ştutqartda baş tutan son 4 duelində qarşılıqlı qolların vurulduğunu da nəzərə alsaq, məncə qol\qol variantına güvənmək olar.
Fənərbağça – Samsunspor – 1
Lider Qalatasarayla xal fərqinin artmasına imkan verməmək üçün Fənərbağça bu mövsüm yaxşı təsir bağışlayan Samsunsporu məğlub etməlidir. Samsunspor Fənərdən turnir cədvəlində 1 addım geri qalsa da, fikrimcə, Mourinyonun komandasının qələbəsinə mane ola bilməyəcəklər.