Günün kuponu – 16.02.2025

Günün kuponu – 16.02.2025

Liverpul – Vulverhemton Liverpul sıfırla qazanacaq

“Liverpul” “Everton”la qalmaqallı derbidən sonra nisbətən rahat rəqiblə qarşılaşacaq. Meydan sahiblərinin bu matçda qalib gələcəyi demək olar ki, şübhə doğurmur. Amma daha yaxşı əmsal istəyiriksə, o zaman Van Daykın başçılıq etdiyi müdafiə xəttinin qol buraxmayacağına mərc edə bilərik.

Neftçi – Qarabağ Ağdam 2

“Neftçi” ardıcıl 3 oyundur qələbə qazanır. Komanda yavaş-yavaş özünə gəlir. “Zirə”ni səfərdə udmaqla azarkeşlərinin ümidlərini daha da artırdılar. Amma “Qarabağ”a da Kadinin qayıdışı ilə yeni nəfəs gəlib. Komanda “Səbail”lə son oyunda 15 dəqiqəyə 5 qol vurub çempionatda əsrin rekordunu qırmaqla gücünü bir daha ortaya qoydu. Düşünürəm ki, bu qarşılaşmada favorit qalib gələcək.

Fənərbağça – Kasımpaşa 1

“Kasımpaşa” Superliqada ardıcıl 3 oyundur qalib gəlir. Amma bu dəfə rəqib Türkiyə çempionatında son 6 matçda qələbə qazanan, son qarşılaşmada “Anderlext”i 3:0 hesabı ilə darmadağın edən “Fənərbağça”dır. “Kasımpaşa”ya olan bütün hörmətimə rəğmən qonaqların bu çətin səfərdən xal götürə biləcəyinə inanmıram.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Juninyo zədələndi

Növbəti yazı

Sürpriz kupon – 16.02.2025