Günün kuponu – 16.01.2026
Piza – Atalanta QOL/YOX
A seriyasının uğursuz komandalarından olan “Piza” autsayder pilləsindən xilas ola bilmir. Cari mövsüm 8 qələbə qazanan “Atalanla” turnir cədvəlində irəliləmək üçün əla şansa malikdir. Bunun üçün qonaqlar bir neçə matçda qələbə qazanmalıdı. Fikrimcə hücum xətti zəif olan meydan sahibləri “Atalanta”nın qapısına yol tapmayacaq.
Verder – Ayntraxt QOL/QOL
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi olacaq “Ayntraxt”ın bundesliqadakı oyunları azarkeşlərimizdə də maraq yaradır. Ötən 3 turda cəmi 2 xal toplayan qonaqlar uğursuzluğa son qoymağa çalışacaq. Ona görə bremenlilərlə oyun olduqca vacibdi. Məhsuldar nəticə gözlədiyimdən qol/qol seçimi üzərində dayanıram.
Monako – Loryan QOL/QOL
Son 2 ildə “Monako”ya uduzmayan qonaqlar səfərdə uğurlu seriyaya malikdir. Cari mövsüm əksər matçlarda meydanı qolsuz tərk etməyən “Loryan”ın bu dəfə də ənənəsinə sadiq qalacağını düşünürəm. Bu duel üçün üst2.5 və ya qol/qol üzərindən mərc etməyi məsləhət görürəm.












